“Mən və hüquqlarım” adlı dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması münasibətilə, 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
Bu çərçivədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbində VII-X sinif şagirdləri üçün “Mən və hüquqlarım” adlı dəyirmi masa təşkil olunmuşdur.
Tədbir məktəbin tarix müəllimləri Bahəddin Osmanov, Sveta Nəzərova və Günay Ataxanovanın təşkilatçılığı ilə keçirilmişdir. Dəyirmi masa zamanı şagirdlərə insan hüquqları, onların mahiyyəti, hüquqi əsasları və cəmiyyət həyatındakı rolu barədə geniş məlumat verilmişdir.
Tədbirin əsas məqsədi cəmiyyətdə insan ləyaqətinə hörmətin artırılması, insan hüquqlarına riayət olunmasının əhəmiyyətinin vurğulanması, eyni zamanda şagirdlərdə humanizm və vətəndaş məsuliyyəti kimi mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasına nail olmaqdır.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmış, interaktiv müzakirələr aparılmışdır.
#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #İnsanHüquqlarıAylığı #HumanRightsMonth





Yeni Şərh