Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsi uğurla yekunlaşıb.

18 Aprel – Beynəlxalq Abidələr Günü münasibətilə təşkil olunan layihəyə ölkənin müxtəlif bölgələrindən 600-dən çox video təqdim edilib. Seçim mərhələsinin nəticələrinə əsasən, ən yaxşı 60 iş finalda iştirak hüququ qazanıb.

İştirakçılar ölkəmizin tarixi abidələri, qalaları, körpüləri və təbiət inciləri haqqında hazırladıqları yaradıcı videolar vasitəsilə milli irsimizi maraqlı təqdimatlarla nümayiş etdiriblər.

Müsabiqənin nəticələrinə əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri uğur qazanmışlar.

Belə ki, Şabran rayon Cəlal Məmmədov adına Aygünlü kənd tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Əliyeva Fərəh “Sükutun dili – Bölgəmin gölü” nominasiyası I yerə layiq görülüb.

Eyni zamanda, Şabran Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü, Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şeydayeva Günel “Əbədi növbətçi: Qalanın dilləri” nominasiyası üzrə və Şabran şəhər Samir Zülfiqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Quliyeva Natavan “Sükutun dili: Bölgəmin gölü” nominasiyası üzrə III yerə layiq görülmüşlər.