2019-2020–ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI sinif şagirdləri üçün “Peşə təmayüllü siniflər” fəaliyyətə başlayıb. Hazırda layihə 249 məktəbdə 419 sinif, 838 ixtisas qrupu, 7000-dən çox şagird və 1000-dən çox müəllim heyətini əhatə edir.

Qeyd edək ki, “Peşə təmayüllü siniflər”i bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər.

“Peşə təmayüllü siniflər”in yaradılmasında əsas məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.

#MÜTDA #EduAz #PeşəTəmayüllüSiniflər #PeşəBacarıqları