“Riyaziyyat dahiləri” müsabiqəsinin final mərhələsi keçirilib

Fevralın 28-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Riyaziyyat dahiləri” bilik yarışının final mərhələsi təşkil edilib.

Yarışda Xaçmaz rayonu Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin komandası 1-ci, Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 2-ci, Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə 3-cü yerə layiq görülmüşdür.

Qalibləri təbrik edir, uğurlarının davamını arzulayırıq!

#MÜTDA #EduAz #QubaXaçmazRTİ