“Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib
4 may 2025-ci il tarixində Azərbaycanda “Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib. Yarışmada ölkənin müxtəlif təhsil müəssisələrindən ümumilikdə 187 komanda, 845 şagird və tələbə iştirak edib. Gənc mühəndislər 21 fərqli kateqoriya üzrə mübarizə apararaq qalibiyyət uğrunda yarışıblar.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd, Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli, Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli, Qusar şəhəri Nemət Məmmədəliyev adına 3 nömrəli və Qusar şəhəri Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri “Mini Sumo” kateqoriyasında I və II yerləri qazanaraq böyük uğura imza atıblar.
Şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Yeni Şərh