“Rəngli Dünyam” adlı onlayn sərgi keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət “Rəngli Dünyam” adlı onlayn sərgi təşkil olunmuşdur.

Sərginin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud şagirdlərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların əl bacarıqlarının nümayiş etdirilməsi, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, özünəinam hissinin artırılması, eləcə də inklüziv dəyərlərin təbliğinə töhfə verməkdən ibarət olmuşdur.