“Rəqəmsal Məktəb” platformasından istifadə etmək üçün şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri istənilən cihazdan (kompüter, planşet və ya mobil telefon) asanlıqla www.reqemsal.edu.az keçidi üzərindən öz fərdi kabinetlərinə daxil ola bilir.

Platformaya giriş müəllimlər, valideynlər və məktəb rəhbərləri üçün SİMA tətbiqi ilə mümkündür.

Şagirdlər isə fərdi UTIS kod və valideyn tərəfindən təyin edilmiş şifrə ilə giriş edə bilir.

#MÜTDA #EduAz #TSİİ #RəqəmsalMəktəb #RəqəmsalMəktəbPlatforması