Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində təhsil alan VII sinif şagirdləri arasında “Rəqəmsal gələcək” adlı yarış təşkil olunmuşdur. Yarış dörd mərhələdən ibarət olmuşdur.
Yarışın keçirilməsində əsas məqsəd “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu siniflərdə şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların yaradıcı düşüncə tərzini formalaşdırmaq, komandada işləmək və rəqəmsal alətlərlə səmərəli işləmə bacarıqlarını artırmaqdır.
Yarışın yekunlarına əsasən, Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin komandası I yerə, Xaçmaz şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Xaçmaz şəhəri Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülmüşdür.
Bu kimi yarışlar şagirdlərdə əməkdaşlıq bacarıqlarının və rəqəmsal fənnə marağın artmasına töhfə verir.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #Rəqəmsalgələcək





Yeni Şərh