Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibətilə tədbir keçirilib.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında “Sərhəd” hərbi-idman oyunlarının gənclərdə vətəndaşlıq şüurunun, vətənpərvərlik hissinin və milli dəyərlərə bağlılığın formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib.