Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyununun final mərhələsi keçirilib.
Məktəblilər yarış çərçivəsində “Sərhəd pozucusunun yaxalanması”, “Avtomatın sökülüb-yığılması”, “Maskalanma”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və digər istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dövlət Sərhəd Xidməti rəisinin müavini Rəsul Tağıyev çıxış edərək qalib komandaları təbrik etmiş, bu cür hərbi-idman oyunlarının gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında, həmçinin sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulamışlar.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandası yarışın final mərhələsində II yerə layiq görülərək gümüş medal qazanmışdır.
Yeni Şərh