“Vətəni tanı!” intellektual oyunu keçirilib

20 may 2026-cı il tarixində Siyəzən Gənclər Evində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə Gənclər və İdman Sektoru, Siyəzən Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Vətəni tanı!” intellektual oyunu keçirilib.

Rayonun ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri arasında təşkil olunan tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Aydan Ramazanova, Siyəzən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Vüsal Alışov və Siyəzən rayonu üzrə Təhsil Sektorunun müdiri Elşad Sultanov iştirak ediblər.

Yarışın keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, ölkəmizin inzibati-ərazi vahidlərinin gənclər tərəfindən daha dərindən öyrənilməsinin təmin edilməsi, həmçinin məktəblilərin coğrafi biliklərinin yoxlanılması olub.

İntellektual oyunda rayonun ümumtəhsil məktəblərini təmsil edən 14 komanda iştirak edib. Yarışın nəticələrinə əsasən Siyəzən rayonu Sədan kənd tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Siyəzənkənd kənd ümumi orta məktəbinin komandası II yerə, Zarat kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.