Xaçmazda “Xaçmazın istedadları” II yaradıcılıq festivalının mükafatlandırma mərasimi keçirilib

Xaçmaz rayonunda “Memarlıq və şəhərsalma ili” çərçivəsində “Xaçmazın istedadları” adlı II yaradıcılıq festivalının yekun mükafatlandırma mərasimi təşkil olunub.

Tədbir Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Xaçmaz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə çıxış edənlər ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması və onlara dəstək göstərilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs ediblər. Qeyd olunub ki, belə festivallar şagirdlərin yaradıcı potensialının inkişafında və onların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.

Festivalın yekunlarına əsasən, öz yaradıcılıq bacarıqları ilə fərqlənən 100-ə yaxın şagird diplom və hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin bədii hissəsində Xaçmaz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri təqdim olunub.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi, müvafiq idarə və müəssisə rəhbərləri, habelə valideynlər və şagirdlər iştirak ediblər.