Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Siyəzən rayonu uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin səsi” adlı tədbir keçirilmişdir.

Tədbirdə şəhid ailələri, Siyəzən rayonu təhsil sektorunun əməkdaşları, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının Siyəzən rayonu üzrə komitəsinin sədri, şəhid ailələri, valideynlər, dərnək üzvləri və mərkəzin pedaqoji heyəti iştirak ediblər.

Tədbir zamanı qəhrəman şəhidlərimizin əziz xatirəsi anılıb, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyətindən bəhs olunub. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda səhnəciklər, şeirlər və çıxışlar təqdim edilib.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA