Şabran Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı və Şabran rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədiləşən Lider” adlı şeir və rəsm müsabiqəsi keçirilib.
Müsabiqə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunub. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, Ulu Öndərin zəngin irsinin təbliği, eləcə də gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən təqdim olunan şeirlərdə və rəsmlərdə Heydər Əliyevin həyat və fəaliyyətinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki roluna geniş yer verilib. Şagirdlərin işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib və fərqlənən iştirakçılar müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif olunublar.
Yeni Şərh