✅ “Əlaçı” intellektual oyununun 22-ci mövsümünün seçim turu təşkil olunub.

🗓️ Sentyabrın 20-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun 22-ci mövsümünün seçim turu keçirilib.

📍 Bakı, Gəncə, Quba, Şəmkir, Salyan, Lənkəran, Sumqayıt, Şamaxı, Bərdə, Yevlax, İmişli və Şəki şəhərlərində təşkil olunan seçim turunda ümumilikdə 5000-ə yaxın məktəbli iştirak edib.

🏆 Turun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 144 nəfər iştirakçı bu ilin aprel ayında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak edəcək.

🎯 Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

✨ Seçim mərhələsində iştirak edən bütün şagirdlərimizə uğurlar arzu edirik!

#MÜTDA #EduAz #SeçimMərhələsi #Əlaçı #İntellektualOyun