📌 Eksternlər üçün aralıq imtahanları ilk dəfə olaraq elektron qaydada təşkil olunacaq.

🏫 Rəqəmsal formatda keçiriləcək imtahanlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.

🕒 İştirakçılara imtahanın keçiriləcəyi yer və vaxt barədə müvafiq məlumatlar əvvəlcədən göndəriləcək.

ℹ️ Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma forması müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi əldə etmək imkanı yaratmaq məqsədi daşıyır.

#MÜTDA #EduAz