Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbə X sinif şagirdlərinin qəbulu başladı!

Sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.

Təhsil müəssisəsində təhsil alacaq şagirdlər üçün hansı üstünlüklər var?

✅ İntensivləşdirilmiş proqram və təmayül (ixtisas qrupları üzrə zəruri fənlər) tədris planları;

✅ Yüksək akademik göstəricilərə malik peşəkar pedaqoji heyət;

✅ Bilik və bacarıqların aylıq qiymətləndirilməsi və nəticələrin təhlili;

✅ Emosional və fiziki inkişaf yönümlü məktəbdənkənar fəaliyyətlər və s.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/sWpuE4TQopvurd4M7

#MÜTDA #EduAz #QubaXaçmazRTİ