Yenilənmiş Siyəzən şəhəri Rasim Ramazanov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinə şagird qəbulu elan olunur

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində “Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərəcək və tədrisi Azərbaycan bölməsi üzrə aparılacaq Siyəzən şəhəri Rasim Ramazanov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 2025–2026-cı tədris ili üzrə X sinfinə şagird qəbulu elan edilir.

Siyəzən şəhəri Rasim Ramazanov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinfinə qəbul IX sinif buraxılış imtahanı nəticəsi 230 baldan yuxarı olan şagirdlər üçün həyata keçirilir.

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi xüsusi təhsil proqramı əsasında təşkil ediləcəkdir. Məktəbin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlər əlavə abituriyent hazırlığına ehtiyac duymadan, birbaşa məktəbin özündə ali təhsil müəssisələrinə tam şəkildə hazırlaşa biləcəklər.

Dərslər peşəkar və təcrübəli müəllimlər tərəfindən aparılacaqdır. Tədris ili ərzində proqram əsasında fənlər üzrə ödənişsiz sınaq imtahanları təşkil ediləcəkdir. Şagirdlərə fərdi yanaşma tətbiq olunacaq və yüksək keyfiyyətli təhsil mühiti yaradılacaqdır.

Məktəbə qəbul üçün son qeydiyyat tarixi: 01.09.2025-ci il

Qeydiyyat linki: https://forms.gle/JsKC7eQp9nK575Eq6

#MÜTDA #EduAz #QubaXaçmazRTİ