Səslərimiz birləşsin!

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir!

Festivalın məqsədi şagirdlər arasında xor mədəniyyətini inkişaf etdirmək, milli musiqi dəyərlərimizi təbliğ etmək və kollektiv ifa bacarıqlarını gücləndirməkdir.

Layihə çərçivəsində dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq.

Əziz məktəb rəhbərləri və musiqi müəllimləri!

Şagirdlərinizin istedadını böyük səhnəyə daşımaq, onların birgə yaradıcılıq ruhunu gücləndirmək və məktəbinizi bu musiqi bayramının iştirakçısına çevirmək üçün siz də qoşulun!

Qeydiyyat üçün aşağıdakı linkə keçid edin və festivalın bir parçasına çevrilin.