Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçiriləcək.
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutacaq.
Sözügedən olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Yeni Şərh