📢BSU “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” elan edir!

🔹Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə 2023-cü ildə təsis edilmiş “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” elan edir!

▶️Bu təşəbbüs son 3 ilin statistikasına əsaslanaraq müxtəlif regional bölgələrdən BSU-ya az sayda qəbul olunan qız tələbələrin ali təhsil almaq imkanlarını genişləndirmək, onları stimullaşdırmaq və akademik inkişaflarını dəstəkləmək məqsədinə xidmət edir.

▶️Daxili təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olunan və 450 baldan yuxarı toplayan 5 qız tələbə üçün nəzərdə tutulub.

🔹Əziz gənclər, uğurlu gələcəyin ünvanı – Bakı Slavyan Universiteti, yeni fürsət və imkanlarla sizi gözləyir!

🔹Ailəmizə üzv olmağa tələsin!

#BSU #Təqaüd2025 #RegionQızlarıÜçünTəhsil #SosialBərabərlik #QadınTəhsili #BSUdaTəhsil #GələcəyinMüəllimi #BSUyaQəbul #BSUTələbəsiOl