BSU “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” elan edir!
Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə 2023-cü ildə təsis edilmiş “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” elan edir!
Bu təşəbbüs son 3 ilin statistikasına əsaslanaraq müxtəlif regional bölgələrdən BSU-ya az sayda qəbul olunan qız tələbələrin ali təhsil almaq imkanlarını genişləndirmək, onları stimullaşdırmaq və akademik inkişaflarını dəstəkləmək məqsədinə xidmət edir.
Daxili təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olunan və 450 baldan yuxarı toplayan 5 qız tələbə üçün nəzərdə tutulub.
Əziz gənclər, uğurlu gələcəyin ünvanı – Bakı Slavyan Universiteti, yeni fürsət və imkanlarla sizi gözləyir!
Ailəmizə üzv olmağa tələsin!
#BSU #Təqaüd2025 #RegionQızlarıÜçünTəhsil #SosialBərabərlik #QadınTəhsili #BSUdaTəhsil #GələcəyinMüəllimi #BSUyaQəbul #BSUTələbəsiOl
Yeni Şərh