Direktor vəzifəsinə işə qəbul müsabiqəsində iştirak edəcək namizədlərin nəzərinə!
6 oktyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 151-500 arası olan və vakant direktor vəzifəsi mövcud ümumi təhsil müəssisələri üçün direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
Elektron formatda təşkil olunacaq imtahan Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş tutacaq.
Qeydiyyatdan keçmiş və vəzifə tələblərinə uyğun olan namizədlərə imtahanın vaxtı barədə SMS vasitəsilə məlumat veriləcək.
Yeni Şərh