ℹEksternat qaydada imtahan keçiriləcək

✳Quba-Xaçmaz Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 31 yanvar 2026-cı il tarixdə eksternat qaydada imtahan təşkil edəcək.

✳Eksternat qaydada aralıq imtahanlarında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyərək müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.

📍İmtahan mərkəzi: Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi (Ünvan: Quba rayonu, Alekseyevka kəndi)

🔴İmtahan tarixi: 31 yanvar 2026-cı il

🔴İmtahanın başlama vaxtı: 11:00

✳İmtahana gələcək vətəndaşlar 09:30-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən eksternlər imtahana buraxılmayacaq.

✳Aralıq imtahanda uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

📞Əlavə sualı olan vətəndaşlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 146-1-7 Çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərlər.

➡Qeyd edək ki, qeydiyyat müddətində imtahanda iştirak üçün ümumi orta təhsil sənədi (IX) üzrə 152, tam orta təhsil sənədi (XI) üzrə 349 nəfər, ümumilikdə isə 501 nəfər ərizə ilə müraciət edib.