Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 6349 sorğu yerləşdirilib

28 avqust 2026-ci il tarixinə olan məlumata əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrinin birinci sinfinə 2764 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.