Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Bu günə qədər artıq 119 mindən çox uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə
Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
Yeni Şərh