Quba-Xaçmaz Regional Təhsil İdarəsi korreksiyaedici pedaqoq mütəxəsislərinin işə qəbulu ilə bağlı müsabiqə elan edir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi "Azərbaycanda inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi’’ layihəsi çərçivəsində Qusar şəhəri Nemət Məmmədəliyev adına 3 nömrəli tam оrtа ümumtəhsil məktəbində təşkil edilmiş inklüziv sinfə korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul elan edir.
İşçiyə verilən tələblər:
-İxtisas üzrə ali təhsil (defektoloq və ya loqoped ixtisasi):
-Vəzifə üzrə ən azı 1 il iş təcrübəsi (arzuolunandır);
-İnklüziv təhsil sahəsində biliklərinin olması;
-Emosional davamlılıq.
Müsabiqədə iştirak etmək istəyənlər 3 - 6 dekabr 2024-cü il tarixlərində aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: https://forms.gle/THWQ6MJHnPzUeXET7
Qeyd edək ki, vakansiya üçün korreksiya pedaqogikası və ya loqoped-defektoloq ixtisasını bitirmiş şəxslər müraciət edə bilərlər.
Yeni Şərh