Korreksiyaedici təlim ixtisası üzrə təhsil almış şəxslərin işə qəbulu ilə bağlı müsabiqə elan olunur.

Quba-Xaçmaz Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışmaq üçün korreksiyaedici təlim ixtisaslı mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqə elan edilir.

Müsabiqədə iştirak etmək istəyənlər 20 avqust 2024-cü il tarixindən 30 avqust 2024-cü il saat 23:59-dək aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/sqHJf4E2mmtkwJoy7

Müsabiqədə uğur qazanmış namizədlər Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə xüsusi təhsil siniflərinin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində fərdi və qrup məşğələlərində müəllim kimi fəaliyyət göstərəcəklər.

İşçiyə verilən tələblər:

-Ali təhsil;

-Korreksiyaedici təlim pedaqoq və ya Defektoloq, Loqoped ixtisası.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ