Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat davam edir
Məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az� elektron sistemi vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi iyulun 21-dən aktiv edilib. Məktəbəhazırlıq qruplarına qəbul 2026-cı il sentyabrın 14-dək davam edəcək.
Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1-30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Qeyd edək ki, cari ildə 5 yaşı tamam olan uşaqlar (2021-ci il təvəllüdlü) məktəbəhazırlıq qruplarına qəbul edilirlər.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd uşaqların psixoloji hazırlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarını inkişaf etdirmək, onları təhsil mühitinə uyğunlaşdırmaqdır.
Yeni Şərh