Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsi üzrə vakant yerlərə işə qəbul həyata keçirilir.

Musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər 3 sentyabr 2024-cü il tarixindən 15 sentyabr 2024-cü il saat 23:59-a kimi aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

- Quba rayon Qonaqkənd qəsəbə 8 saylı uşaq bağçası

- Qusar rayon Urva kənd körpələr evi-uşaq bağçası

- Qusar rayon İmamqulukənd körpələr evi-uşaq bağçası

- Qusar rayon Şirvanlı kənd körpələr evi-uşaq bağçası

- Qusar rayon Həzrə kənd körpələr evi-uşaq bağçası

- Qusar rayon Aşağı İmamqulukənd körpələr evi-uşaq bağçası

- Xaçmaz rayon Qusarçay kənd uşaq bağçası

Qeydiyyat üçün link: https://forms.gle/yP2HsnBFmcu3QfSZ6

#MÜTDA #EduAz #QubaXaçmazRTİ