📌 Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

🗓 22 iyul 2025-ci il saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunur.

🌐 Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

📍 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

#MÜTDA #EduAz #MəktəbəHazırlıq