Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda müvafiq fənlər üzrə vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 23 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il saat 23:59-dək aşağıdakı linkə keçid edərək məlumatlarını daxil edə bilərlər.

https://forms.gle/fYhyTgmRLrfuSQ6aA

Məlumatlarını düzgün daxil etməyərək qeydiyyatdan keçmiş şəxslərin qeydiyyatı nəzərə alınmayacaqdır.

Qeyd edək ki, vakansiya seçimində diaqnostik qiymətləndirmə balı, müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya balı nəzərə alınacaqdır. Bir müəllim 2 vakant yer seçə bilər.

Vakant yerlər: https://docs.google.com/.../1LoPlrngp9IiVEoin4HEP.../edit...

Müəllimlərin seçdiyi vakansiya üzrə vakant yerlərə təyinatı bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinə, rayonlar üzrə təhsil sektorlarına, eləcə də işləmək istədiyi ümumi təhsil müəssisəsinə ərizə ilə müraciət edən namizədlərdən də göstərilən link vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #müəllim