Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Müsabiqənin test mərhələsində 40 bal və daha yuxarı nəticə göstərmiş namizədlər 29 oktyabr 2025-ci il tarixindən 04 noyabr 2025-ci il tarixinədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

🔗 Qeydiyyat linki: https://forms.gle/2Gnb3s1mTzsbZUuM8

Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra müvafiq keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət ediləcək. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunur. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil edilir.

Qeyd edək ki, müsahibəyə dəvət olunan namizəd şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməlidir.

Diplom üzrə ixtisasının müraciət etdiyi vəzifəyə uyğunluğu yoxlanılır və hər hansı məlumat uyğun gəlmədiyi təqdirdə namizədlə müsahibə keçirilmir.

🔗 Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://docs.google.com/.../1cceLtw9xVzCu.../edit...

#EduAz #QubaXaçmazRTİ #MÜTDA