Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli əmrinə əsasən, dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcəkdir.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə şagird qəbulu ilə əlaqədar müsahibələr 12–31 may 2025-ci il tarixlərində aşağıda qeyd olunan mərkəzlərdə təşkil olunacaq:
Quba – Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey
Qusar – Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
Xaçmaz – Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi
Şabran – Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
Siyəzən – Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi
Yeni Şərh