İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən müəllimlərin nəzərinə!
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib. Qeyd edək ki, 20 sentyabr tarixində təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunub.
İş yerini qarşılıqlı olaraq dəyişmək imkanı qazanan müəllimlərə uğurlar arzulayırıq!
#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #QarşılıqlıYerdəyişmə #Yerdəyişmə #Müəllim
Yeni Şərh