Quba-Xaçmaz Regional Təhsil İdarəsi əhatə dairəsində olan ümumi təhsil müəssisələrində vakant olan məktəb psixoloqu vəzifəsi üçün işə qəbul elan edir. Ali təhsil müəssisələrini psixoloq ixtisası üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış şəxslər bu vəzifəyə müraciət edə bilərlər.

Tələb olunan zəruri sənədlər:

-İxtisası üzrə ali təhsil diplomu və ona əlavənin əsli,

-Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Müraciət etmək istəyən şəxslər, zəruri sənədlərini 5 fevral 2025-ci il tarixindən 10 fevral 2025-ci il tarixinə qədər (iş günləri ərzində, saat 09:00–17:00 arasında) Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

Vakant məktəb psixoloqu vəzifəsi üzrə yerləri və digər təfərrüatları aşağıdakı linkdən əldə edə bilərsiniz: https://docs.google.com/.../1uQywOACNOUuSlxyOGDKf.../edit...