Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müsabiqəsinə başlanılır.

Müsabiqədə hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı 3 il işləmiş şəxslər iştirak edə bilər.

Yerdəyişmə etmək istəyən namizədlər 04 aprel 2025-ci il tarixindən 11 aprel 2025-ci il saat 17:00-a qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

🔗 Qeydiyyat linki: https://docs.google.com/.../1FAIpQLSe26M5FiP2.../viewform

Tələb olunan sənədlər:

✅ Şəxsiyyət vəsiqəsinin surəti;

✅ Ali təhsili haqqında diplomun surəti;

✅ Əmək kitabçasının surəti.

Müraciətlərə baxılarkən müdirlərlə bağlı aşağıdakı göstəricilər nəzərə alınır:

1️⃣ intizam tənbehinin olub-olmaması;

2️⃣ rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması;

3️⃣ idarəetmə stajı;

4️⃣ təhsil səviyyəsi.

Komissiya tərəfindən yerdəyişməsi məqbul hesab edilən müdirlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Agentliyə göndəriləcək.

🔗 Vakant yerlərin siyahısı: https://docs.google.com/.../1tjPqUnMFTqO95GDPNXnk.../edit...

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #müsabiqə