Elm və Təhsil Nazirliyi süni intellekt və kibertəhlükəsizlik sahələrinin inkişafını sürətləndirmək məqsədilə qrant müsabiqəsi elan edir.

 Müsabiqədə nazirliyin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.

 Qrant müsabiqəsində iştirak etmək istəyənlər tələb olunan sənədləri 20 oktyabr 2026-cı il tarixindən etibarən https://anket.edu.az/user/385 elektron platforması vasitəsilə göndərməli, müraciətin qəbulu təsdiqləndikdən sonra isə sənədlərin çap olunmuş nüsxələrini 2 noyabr 2026-cı il tarixindən gec olmayaraq Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23397-1