Hörmətli vətəndaşlar,

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən 11 sentyabr 2024-cü il tarixində saat 15:00-da Qusar rayonunda səyyar vətəndaş qəbulu keçiriləcək.

Görüş Qusar rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbdə keçiriləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər 10 sentyabr 2024-cü il tarixinədək Qusar rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qusar rayon təhsil sektoruna müraciət edə bilərlər. Qeydiyyat prosesi saat 17:00-da başa çatır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ