Hörmətli vətəndaşlar,
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən 28 avqust 2024-cü il tarixində saat 15:00-da Xaçmaz rayonunda səyyar vətəndaş qəbulu keçiriləcək.
Görüş Xaçmaz rayonu üzrə təhsil sektorunun inzibati binasında keçiriləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər 27 avqust 2024-cü il tarixinədək Xaçmaz rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən Xaçmaz rayonu üzrə təhsil sektoruna müraciət edə bilərlər. Qeydiyyat prosesi saat 17:00-da başa çatır.
Yeni Şərh