Hörmətli vətəndaşlar,
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən 23 yanvar 2025-ci il tarixində saat 11:00-da Qusar rayonunda səyyar vətəndaş qəbulu keçiriləcək.
Görüş Qusar rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbdə keçiriləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər 22 yanvar 2025-ci il tarixinədək Qusar rayonu, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qusar rayon təhsil sektoruna müraciət edə bilərlər. Qeydiyyat prosesi saat 17:00-da başa çatır.
Yeni Şərh