Ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanılması, test və müsahibə) ibarət olacaqdır.

Qeydiyyat prosesi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin inzibati binasında (Quba şəhəri, Ə.Nərimanov küçəsi 56), 9-13 dekabr 2024-cü il tarixlərində saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi (əlyazma şəklində)

- tərcümeyi-hal (əlyazma şəklində)

- şəxsiyyəti təsdiq edən sənədin surəti

- əmək kitabçasının surəti

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti

- hərbi biletin surəti

Namizədlər üçün tələblər aşağıdakı kimdir:

• pedaqoji ixtisas üzrə ali təhsil;

• 3 ildən az olmayaraq pedaqoji staj;

• ümumi təhsil müəssisəsində hazırda müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olmaq.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsabiqədə iştirak etmək hüququ qazanacaqlar.

Üstünlük veriləcək namizədlər:

• Müəllimlərin işə qəbulu müsabiqəsində, sertifikatlaşdırma və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

Test mərhələsində iştirak edənlərin müsahibə mərhələsinə keçmək üçün keçid balı namizədlərin test mərhələsində topladığı bala görə dəyişə bilər.

Qeyd: Müsabiqənin hər hansı bir mərhələsində namizəd tərəfindən təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edilərsə, namizədin müsabiqə nəticələri ləğv ediləcəkdir.

https://docs.google.com/.../17QT29X5Aq0Ju2QJ6Zkak.../edit...

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ

yazı görseli olabilir