Hörmətli vətəndaşlar,

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən 6 may 2025-ci il tarixində, saat 14:00-da Qusar rayonunda səyyar vətəndaş qəbulu keçiriləcək.

Görüş Qusar şəhəri, Asəf Mehman küçəsi 57 ünvanında yerləşən Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta məktəbdə baş tutacaq.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər 5 may 2025-ci il tarixinədək Qusar şəhəri, Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qusar Rayon Təhsil Sektoruna müraciət edə bilərlər. Qeydiyyat prosesi saat 17:00-da başa çatır.