Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 28-də Goranboy rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Daşkəsən, Gəncə, Goranboy, Göygöl, Naftalan və Samux rayonlarının sakinləri iştirak edə bilərlər.

 Adları çəkilən rayonların sakinləri oktyabrın 23-dək (saat 18:00-dək) Çağrı Mərkəzinin 146 – 2 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, https://www.edu.gov.az ünvanında yerləşən “Əlaqə” bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırılır ki, qəbulda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.