Təmayül tədris modeli ilə bağlı yenilikləri məktəblərin rəsmi səhifələrindən izləyin

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində tədris prosesi ilə bağlı yeniliklər davam edir.

Şagirdlər, valideynlər və təhsil ictimaiyyəti təmayül sinifləri, tədris prosesi, məktəblərdə həyata keçirilən yeniliklər, tədbirlər və digər məlumatlarla daha yaxından tanış olmaq üçün aşağıda qeyd olunan məktəblərin rəsmi “Facebook” səhifələrini izləyə bilərlər:

Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəb — https://www.facebook.com/profile.php?id=100045411610351

Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəb — https://www.facebook.com/profile.php?id=100075792973915

Xudat 4 nömrəli Məktəb-Lisey — https://www.facebook.com/Xudat4SayliMekteb

Xaçmaz şəhər Abamüslüm Səlimov adına 7 nömrəli tam orta məktəb — https://www.facebook.com/profile.php?id=100057330494976

Siyəzən şəhər Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəb — https://www.facebook.com/AdminAysberq

Qusar şəhəri Nemət Məmmədəliyev adına 3 nömrəli tam оrtа ümumtəhsil məktəbi — https://www.facebook.com/profile.php?id=100057544235859

Qeyd edək ki, təmayül tədris modeli şagirdlərin maraq və meyillərinə uyğun istiqamətlər üzrə təhsil almalarına, onların bilik və bacarıqlarının daha məqsədyönlü inkişaf etdirilməsinə imkan yaradır.

Təmayül siniflərində tədrisin təşkili, həyata keçirilən yeniliklər, məktəblərin fəaliyyəti və digər məlumatlarla bağlı yeniliklər sözügedən təhsil müəssisələrinin rəsmi sosial media səhifələrində mütəmadi olaraq paylaşılacaq.

Eyni zamanda, təmayül tədris modeli ilə bağlı sualları olan şagirdlər, valideynlər və digər maraqlı şəxslər məktəblərin rəsmi “Facebook” səhifələri vasitəsilə birbaşa əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.