Yenilənmiş Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna başlanılır!
Sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.
Təhsil müəssisəsində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.
https://forms.gle/1H2w82pAabXi876Q6
Müsahibədə qiymətləndirmə göstəricisi (MİQ, DQ, və ya Sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər.
Yeni Şərh