Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün onlayn təlimlər təşkil olunacaq.

Təlimlərin əsas məqsədi, iştirakçı müəllimlərin praktiki olaraq pedaqoji nəzəriyyələri tədris prosesində düzgün və effektiv şəkildə tətbiq etmə bacarıqlarını inkişaf etdirməkdir. Təlimlər çərçivəsində, tanınmış pedaqoji tədqiqatçıların nəzəriyyələri müzakirə ediləcək, bu nəzəriyyələrin müasir təhsil tətbiqlərinə necə inteqrasiya edilə biləcəyi öyrədiləcək. Təlimlər iştirakçılara daha effektiv tədris metodları və uşaq inkişafını dəstəkləyən yanaşmalar təqdim edəcək.

Təlimlərə qatılmaq istəyən pedaqoji kadrlar 14 aprel 2025-ci il tarixinədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ

https://forms.gle/QCgt42wCmFMLfLfc6