İstedadlar sinfinə şagird qəbulu üzrə müsabiqə elan edilir

Quba-Xaçmaz Regional Təhsil İdarəsi 2025–2026-cı tədris ili üzrə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin V istedadlar sinfinə şagird qəbulunu həyata keçirmək məqsədilə müsabiqə elan edir.

Qeyd edək ki, imtahan sualları Azərbaycan dili, riyaziyyat və məntiq fənlərini əhatə edəcək.

Qeydiyyat mərhələsi başa çatdıqdan sonra imtahanın keçiriləcəyi tarix və məkan haqqında məlumat təqdim ediləcək.

İmtahana qeydiyyat üçün son tarix: 20 iyul 2025-ci il

Qeydiyyat linki: https://forms.gle/SMWVJNp3pjyPXD9LA

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ