"Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə şagird qəbulu üzrə müsabiqə elan olunur
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən "Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey" publik hüquqi şəxsin VII sinfinə şagird qəbulunu həyata keçirmək məqsədilə müsabiqə elan edir.
Qeyd edək ki, imtahan prosesi mərkəzləşmiş qaydada, elektron formada keçiriləcək. İmtahan sualları Azərbaycan dili və riyaziyyat fənlərini əhatə edəcək.
Qeydiyyat mərhələsi başa çatdıqdan sonra imtahanın keçiriləcəyi tarix və məkan haqqında məlumat təqdim ediləcək.
İmtahana qeydiyyat üçün son tarix: 17 avqust 2025-ci il, saat 18:00
Qeydiyyat linki: https://forms.gle/SVwqKUmvUGfwtzHa7
Yeni Şərh