Quba-Xaçmaz Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə I siniflərə şagirdlərin qəbulu prosesi başlayır.
06 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Elektron qeydiyyat prosesində vətəndaşlara kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb.
Əgər vətəndaşlar elektron qeydiyyatdan keçə bilmirsə və ya internet resurslarına çıxış imkanları yoxdursa, onlara yardım məqsədilə alternativ mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən iş günləri saat 10:00-dan 16:00-dək zəruri dəstək göstəriləcək. Bu qruplar qeydiyyat prosesinin həyata keçirilməsində və digər texniki məsələlərdə kömək edəcəklər.
Eyni zamanda valideynlər Quba “ASAN xidmət” mərkəzində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Yeni Şərh